Translate

9 Aralık 2017 Cumartesi

Türklerin İzini Silen Ermeniler




Ermeniler, 1918-1991 yılları arasında "Qərbi Azərbaycan"da ("Batı Azerbaycan" - şimdiki Ermenistan) 849 yerleşimin adını değiştirmiştir. Hatta bazılarını iki kere değiştirmiş ve haritalardan silmiş. 


məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının və monastırın xarabalıqları qalır.
Urud məzarlığında Qafqaz Albaniyası dövrünə aid bədii təsvirli məzar daşı
Urud - Qarakilsə / Zəngəzur
Azərbaycan -  Memarlıq Abidələri Kompleksi
Türk Tarixi


                 
   



QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ
İbrahim Bayramov


İndi Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənilməsi elmi əhəmiyyət kəsb etməklə yanaşı, siyasi mahiyyət də daşıyır. Ərazinin toponimləri (oykonim, oronim, hidronim) aydın şəkildə göstərir ki, Azərbaycan türkləri qədimdən bu ərazidə yaşamışlar. Bu da Azərbaycan türklərinin indi Ermənistan adlanan ərazinin aborigen xalqı olduğunu təsdiqləyir. Çar Rusiyası 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Cənubi Qafqazda, o cümlədən indiki Ermənistan ərazisində müxtəlif illərdə kameral siyahıyaalmalar aparmışdır.


İndiki Ermənistan ərazisində ilkin siyahıyaalma 1831-ci ildə keçirilmişdir. 1831-ci il siyahıyaalmasından aydın olur ki, bu ərazidə 1830 - cu ilə kimi 54.857 nəfər azərbaycanlı, 14.469 erməni yaşamışdır (386, s.543-650;). Ermənilər 1828-ci ildən sonra İran və Türkiyədən kütləvi surətdə indi Ermənistan adlanan əraziyə köçürülmüşlər (386, s.543-650).


XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər bu ərazidə yaşayan əhalinin sayı və etnik tərkibini özündə əks etdirən Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi (İrəvan, 1932, erməni dilində) kitabında qeydə alınan 2310 oykonimin (yaşayış məntəqəsinin) 2000-dən çoxu türk mənşəli, 300-ə yaxını isə ərəb və fars mənşəlidir. Bu da təbiidir. Çünki hər bir xalq yaşadığı əraziyə, buradakı yer-yurd adlarına öz ana dilində ad verər. 


Bu ərazi Azərbaycan türklərinin tarixi vətənləri olduğu üçün toponimlərin 90% dən çoxu da yalnız türk mənşəlidir. Məhz ərazinin toponimləri tarixi həqiqətlərə şahidlik edir, ermənilərin gəlmə olduğunu göstərir. Əgər ermənilər buranın köklü sakinləri olsa idi, burada erməni dilinə məxsus toponimlər də olardı. Erməni mənşəli toponimlər 1935-ci ildən sonra indi Ermənistan adlanan Qərbi Azərbaycanda türk mənşəli toponimlərin kütləvi surətdə dəyişdirilməsindən sonra yaranmağa başlamışdır (266, s.249-280).


İndiki Ermənistanın toponimlərinin (oykonim, oronim, hidronim), urbonim, eləcə də qala, karvansara, körpü adlarının tarixi linqvistik baxımdan araşdırılması ərazisinin etnik tərkibi, relyefi, flora və faunası haqqında aydın təsəvvür yaradır. 


Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiqində əldə edilən nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar:


1. Tədqiqat nəticəsində aydın olur ki, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə 1920-ci ilə qədər müstəqil erməni dövləti olmamışdır. 1917-ci Oktyabr çevrilişindən sonra ərazidə Rusiyanın bilavasitə himayəsi altında Azərbaycan torpaqları hesabına Ermənistan Respublikası yaradılmış (29 noyabr 1920), Zəngəzur, Göyçə, Dərələyəz mahalları Azərbaycandan alınaraq yeni yaradılan Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir.


2. İndiki Ermənistanın türk mənşəli toponimləri ilk dəfədir ki, tarixi-linqvistik baxımdan geniş şəkildə tədqiqata cəlb edilir.


3. Tədqiqat nəticəsində təhrif edilmiş, ermənilər tərəfindən tarixi həqiqətləri gizlətmək üçün toponimlərdə edilən ixtisarlar müəyyənləşdirilmiş, mənbələr əsasında onların ilkin formaları bərpa edilmiş, hər bir toponimin yerləşdiyi ərazi dəqiqliklə göstərilmiş, coğrafi mövqeyi müəyyənləşdirilmişdir.


4. İndiki Ermənistan ərazisindəki türk mənşəli toponimlər mənəvi soyqırımına məruz qalmışdır. Qədim türk torpaqları olan Ermənistanda türklərə - azərbaycanlılara qarşı fıziki soyqırımı siyasəti ilə yanaşı, mənəvi genosid siyasəti də yeridilmiş, qədim tarixə malik coğrafi adlar dəyişdirilmişdir. Bu siyasət bir neçə mərhələdə həyata keçirilmişdir:


1) 1801-1918-ci illərdə;
2) 1918-1920-ci illərdə;
3) 1920-1935-ci illərdə;
4) 1935-1989-cu illərdə;
5) 1989-1994-cü illərdə.


5. İndi Ermənistan adlanan ərazidə hun, sak, şirak, kimmer(qəmər), qarqar, gencək, peçeneq, abar, qazan, abdal, quşçu, kapan, qıpçaq, oğuz, avşar, bayat, bayandur, yayçı, ivə, qayı, çəpni, kəngər, qaşqay, ayrım, qaraqoyunlu, sarıcalı, barani, baharlı və s. türk tayfaları yaşamışdır. Türk tayfalarının Qərbi Azərbaycanda yaşamaları bizim eradan əvvəl VIII-VII əsrlərdən başlayır. Bunu yazılı qaynaqlar, antik mənbələr, daş kitabələrlə yanaşı, ərazinin türk etnonimləri əsasında formalaşan toponimlər də(Hunud, Şəki, Gümrü, Ozanlar, Qəmərli, Qarqar, Şirak, Abaran,Qazan, Bayat, Afşar, Abdalağalı, Bcni, Polad Ayrım, Qaraqo:yunlu, Barana, Yayçı və s.) təsdiq edir. 


6. Qərbi Azərbaycanın oykonimləri qədim türk sözləri (balıq, art, alp, bək, bayır, arbat, saz, kömür, örən və s.), dialektizmlər (nüvək, binə, qılınc, qənşər, cəbə və s.), Azərbaycan dilinə məxsus ümumişlək xarakterli leksik vahidlər (kənd, oba, qara, şiş, əyri və s.), eləcə də başqa dillərdən (ərəb, fars, urartu) keçib Azərbaycan dilində sabitləşən və toponim yaradıcılığında iştirak edən sözlər (abad, gərni, ayar, van, qala, zeyvə və s.) əsasında formalaşmışdır. Bununla yanaşı, bir qrup oykonimlərin əmələ gəlməsində fərqləndirici əlamət bildirən sözlər (aşağı, yuxarı, böyük, kiçik, bala, birinci, ikinci) iştirak edir.


7. İndi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi dağlıqdır. Ərazi oroqrafık obyektlərlə zəngindir. Yazılı qaynaqlarda (Azərbaycan, erməni, rus dilli mənbələrdə) əksini tapan, informatorlardan topladığımız oronimlər tədqiqata cəlb edilmişdir. Bu oronimlər qədim tarixə malikdir. İndiki Ermənistanda erməni dilində yaranan oronimlər yoxdur. Oronimlərin hamısı Azərbaycan dilində yaranmışdır. Ərazinin oronimləri türk tayfalarının adları (şirak, arıqlı, bayat, abdal, varsaq, qazan, qaraqoyunlu, alagöz, kəngər, kənəkçi və s.), qədim türk sözləri (bak//bək, art, oy, yazı, bal, daşt, kömür və s.), müsbət (qaya, quzey, dik, yal, yoxuş, taxta və s.), mənfi (dərə, düz, qala, çuxur və s.) relyef bildirən sözlər, metoforikləşmiş sözlər (burun, daban, barmaq, bel, baş, qaş, və s.), Azərbaycan dilində işlənən ümumişlək sözlər (şiş, tüklü, arx, yaylaq, yayla, dəlik və s.) və coğrafi terminlər əsasında formalaşmışdır.


8. İndiki Ermənistan ərazisindəki su obyektləri - hidronimlər Azərbaycan dilində yaranmışdır.


9. Qərbi Azərbaycan ərazisi zəngin bitki örtüyünə malikdir. Ərazidəki bitki adları (ardıc, armud, bənövşə, baldırğan, buğda, yarpız, sarımsaq, qamış, şatn, qoz və s.) əsasında fitotoponimlər (Artız, Arcut, Baldırğanlıq, Baldırğanlı, Qozluca, Armudlu, Yarpızlı, Şamlıq, Bənövşəbuşt, Qamışgöl, Qamışlı və s.) formalaşmışdır.


10. Qərbi Azərbaycanın toponimləri (oykonim, oronim və hidronimlər) mənaca antropotoponim, etnotoponim, orotoponim, hidrotoponim, fitotoponim, zootoponim kimi qruplaşdırılır. Bununla yanaşı ərazinin toponimlərinin müəyyən qismi təsvir əsasında formalaşmışdır.


11. Ərazinin toponimləri quruluşca üç yerə (sadə, düzəltmə, mürəkkəb) bölünür.


12. İndi Ermənistan adlanan Qərbi Azərbaycanda istər qədimdən, istərsə də müasir dövrdə mövcud olan mahal, rayon, karvansara, məhəllə, körpü, qala, meydan, tarla, meşə, çöl və s. adlar da tədqiqatdan kənarda qalmamışdır.


13. Ərazinin yaşayış məntəqələrinin əhalisinin etnik tərkibi ilk dəfə olaraq konkret mənbələrə istinadən verilmiş, ermənilərin haradan, nə vaxt köçürülmələri göstərilmişdir. Eyni zamanda hər hansı yaşayış məntəqəsindən azərbaycanlıların nə vaxt deportasiya olunması da öz əksini tapmışdır.


14. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin formalaşmasında iştirak edən sözlərin başqa türk dillərində müxtəlif fonetik formalarda işləndiyi yeri gəldikcə qeyd edilir. 



İbrahim Bayramov /PDF
QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ, 2002 - Bakı



"Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti" /LİNK

The first chapter "Historical Geography of Western Azerbaijan". In this chapter, expressing his attitude towards the works written in the Soviet period, he explained the fact that Azeri Turks were an aboriginal population of these places, including Kimmer, Saka, quagmire, Chirak, Karkar, Pecheneg, Khazar, Shirak, Chengen, Oguz, Sabunchu, Bahar, the source of information collected from sources such as Ağvan, Qacar, Kazak, Afşar, xalaç, şamlı, ustaklı, türkmen, ayrım, black hat, muğanlı, rags and other tribes.
"Western Azerbaijan: Historical Truths or Armenian Ethnic Cleansing Policy" book by I.Bayramov
Mənəvi Soyqırım: Tarixin Qan Yaddaşı - İbrahim Bayramov
(Manevi Soykırım: Tarihin Kan Hatırası)




ERMƏNİ VANDALİZMİ: LİNK
Əsirlikdə olan Azərbaycan abidələri